525.Az

Türkiyədə müəllimləri daşıyan mikroavtobuslar toqquşub - 28 nəfər yaralanıb


 

Türkiyədə müəllimləri daşıyan mikroavtobuslar toqquşub -<b style="color:red"> 28 nəfər yaralanıb</b>

Türkiyənin Şanlıurfa şəhərində yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Siverek bölgəsində müəllimləri daşıyan mikroavtobuslar toqquşub.

Siverek-Karacadağ yolunun 7-ci kilometrində irəliləyən mikroavtobusun sürücüsü yola çıxan heyvanla toqquşmamaq üçün anidən əyləci basıb və nəticədə arxadan gələn digər mikroavtobusla toqquşub.

Nəticədə 28 şəxs yaralanıb ki, onların da hamısı müəllimdir.

Hadisə yerinə dərhal ambulans, polis və yanğınsöndürən cəlb edilib.

Yaralanan şəxslər Siverek Dövlət Xəstəxanasına aparılıb.

İbrahim Cəfərov

 





13.05.2025    çap et  çap et