525.Az

Dünyanın ən varlı boksçusu müflis oldu


 

Dünyanın ən varlı boksçusu müflis oldu<b style="color:red"></b>

Dünyada indiyə kimi ən varlı boksçu hesab olunan keçmiş peşəkar boksçu Floyd Meyvezer müflis olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış amerikalı jurnalist Stiven Ey Smit sosial şəbəkə hesabında paylaşım edib.

Ey Smitin bildirdiyinə görə, Meyvezer bir müddət əvvəl Nyu-Yorkda daşınmaz əmlak sahəsinə 402 milyon dollar yatırım edib. Lakin sonra məlum olub ki, o, dələduzların toruna düşüb.

Qeyd edək ki, ötən il "Sportico" dərgisində 48 yaşlı Meyvezerin varidatı 1,15 milyard dollar həcmində göstərilmişdi.

L.Tağıyeva

 





13.05.2025    çap et  çap et