525.Az

İtaliyada 4,4 maqnitudalı zəlzələ olub


 

İtaliyada 4,4 maqnitudalı zəlzələ olub<b style="color:red"></b>

İtaliya sahillərində 4,4 maqnitudalı zəlzələ baş verib.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin episentri təxminən 974 min nəfərin yaşadığı Neapoldan 12 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

 





13.05.2025    çap et  çap et