525.Az

Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək


 

Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək<b style="color:red"></b>

Rusiyanın Ukraynada 30 günlük atəşkəsə razılıq verməməsi ilə əlaqədar ayrıca sanksiyalar paketinin qəbul edilməsi perspektivi qüvvədə qalır və müxtəlif variantlar nəzərdən keçirilir.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper brifinqdə bildirib.

"Rusiyaya təzyiqi artırmaq məqsədilə masada istənilən variantın olması üçün hər cür səy göstəririk. Biz şərtsiz atəşkəs tələb edirik, Ukraynaya dəstəyimiz sarsılmazdır", - o qeyd edib.

A.Hipper sanksiyalar üzərində işin məxfi xarakter daşıdığını deyib. O əlavə edib ki, Aİ Rusiyaya təzyiq göstərilməsi məsələsində amerikalı tərəfdaşlarla təmasdadır.

 





13.05.2025    çap et  çap et