525.Az

Rusiyada döyüşə getməli olan məhbuslar poliqondan qaçdılar


 

Rusiyada döyüşə getməli olan məhbuslar poliqondan qaçdılar<b style="color:red"></b>

Rostov yaxınlığında hərbi poliqondan 10 nəfər keçmiş dustaq qaçıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar müqavilə əsasında döyüş bölgəsinə getmək üçün hərbi hazırlıq keçirmişlər.

Hadisə mayın 9-a keçən gecə baş verib. 4 nəfər demək olar ki, dərhal həbs edilib. 2 nəfərin isə yerinin müəyyənləşdirildiyi bildirilir. Digərlərinin axtarışı ilə hərbi polis məşğul olur.

Qeyd edək ki, azadlıqda qalan 6 nəfər bir vaxtlar adam öldürmək, soyğun, narkotik vasitələrin qanunsuz saxlanması, zorlama və zor tətbiq etmə maddələri ilə ittiham olunaraq həbs ediliblər.

L.Tağıyeva

 





13.05.2025    çap et  çap et