525.Az

Təyyarədə bomba həyəcanı 


 

Təyyarədə bomba həyəcanı <b style="color:red"></b>

Bu gün səhər Portuqaliyanın Alqavri şəhərindən Belçikaya uçan təyyarədə bomba həyəcanı yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ryanair" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi havada ikən göyərtədə bomba olması barədə məlumat daxil olub.

Brüssel hava limanına təcili eniş edən təyyarədə ekipaj üzvlərindən savayı 160 sərnişin var imiş. Təhlükəsizlik orqanlarının əməkdaşları vəziyyət aydınlaşana kimi onların təyyarədə qalmasını tələb ediblər. Yoxlanışlardan sonra məlumatın yalan olması üzə çıxıb və sərnişinlər təyyarəni tərk ediblər.

Baş verənlərlə bağlı araşdırma aparılır, yalan məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, insident Şarlerua hava limanının işinə təsir edib, bir neçə reys təxirə salınıb.

L.Tağıyeva

 





13.05.2025    çap et  çap et