525.Az

Qum fırtınası səbəbindən İranda məktəblər bağlanıb


 

Qum fırtınası səbəbindən İranda <b style="color:red"> məktəblər bağlanıb</b>

İranın bəzi şəhərlərində qum fırtınaları səbəbindən məktəblər bağlanıb.

525.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə bəzi şəhərlərdə böhran idarəetmə mərkəzləri və fövqəladə hallar komitələri qərar qəbul edib.

Güclü qum fırtınası səbəbindən bu gün Cənubi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərində məktəblər, eləcə də Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları, banklar bağlanıb.

Meteorologiya xidmətindən bildirilib ki, qum fırtınasının bu gün Əlborz əyaləti və paytaxt Tehrana çatacağı gözlənilir.

İbrahim Cəfərov

 





14.05.2025    çap et  çap et