525.Az

Avstraliyada melioidoz epidemiyasından ölənlərin sayı 31-ə çatıb


 

Avstraliyada melioidoz epidemiyasından ölənlərin sayı <b style="color:red"> 31-ə çatıb</b>

Avstraliyanın Kvinslend əyalətində melioidoz epidemiyası yayılmaqda davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə epidemiyadan ölənlərin sayı 31 nəfərə çatıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, melioidoz epidemiyası palçıq hissəciklərinin inhalyasiyası və ya çirklənmiş su ilə təmas nəticəsində ötürülür.

Sonuncu ölüm halı ölkənin şimalındakı Taunsvil şəhərində qeydə alınıb.

2024-cü ilin noyabr ayında güclü yağışların başlamasından bu yana əyalət üzrə 221 yoluxma qeydə alınıb.

Bildirilib ki, yaşlılar, həddindən artıq spirtli içki qəbul edənlər və xroniki sağlamlıq problemləri olanlar risk qrupuna aiddirlər.

İbrahim Cəfərov

 





14.05.2025    çap et  çap et