525.Az

ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib


 

ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsi imkanını həmişə nəzərdən keçirdiyini bildirib.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

"Mən bu barədə danışmaq istəmirəm, lakin mən həmişə ikinci dərəcəli sanksiyalar imkanını nəzərdən keçirirəm", - o bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, İrana qarşı ikinci dərəcəli sanksiyalar "ölkəni müflisləşməsinə gətirib çıxarıb".

"Ümid edirəm ki, onlar düzgün qərar qəbul edəcəklər", - D.Tramp əlavə edib.

 





14.05.2025    çap et  çap et