525.Az

Ərdoğan: Qəzzadakı faciənin sona çatması üçün Trampın dəstəyinə ümid edirəm


 

Ərdoğan: Qəzzadakı faciənin sona çatması üçün Trampın dəstəyinə ümid edirəm<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa “Suriyaya qarşı sanksiyaları qaldıracağını” elan etdiyinə görə təşəkkür edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə, o, partiyasının qrup toplantısı zamanı bildirib.

Ərdoğan, həmçinin, tezliklə Qəzza ilə bağlı da ürəkaçan xoş xəbər alacağına ümid etdiyini vurğulayıb: “Qəzzada artıq vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm”.

 





14.05.2025    çap et  çap et