525.Az

İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"


 

İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"<b style="color:red"></b>

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə neft və neft məhsullarının nəqli həcmi artacaq.

525.az "Report" a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o əhəmiyyətli enerji potensialına malikdir.

Azərbaycanın tranzit potensialından danışarkən, nazir ölkənin yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

 





14.05.2025    çap et  çap et