525.Az

Trampın Türkiyəyə yaxın günlərdə səfər edəcəyi gözlənilir


 

Trampın Türkiyəyə yaxın günlərdə səfər edəcəyi gözlənilir<b style="color:red"></b>

Türkiyə hökuməti ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli üzrə danışıqlarda iştirak etmək üçün Türkiyəyə səfərinin bu gün baş tutmayacağı qənaətindədir.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Eyni zamanda, Türkiyə hökuməti ABŞ liderinin yaxın bir neçə gün ərzində İstanbula səfər edəcəyini istisna etmir, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri isə bu ehtimalı daha da gücləndirir.

 





14.05.2025    çap et  çap et