525.Az

2-ci Dünya Müharibəsindən qalma maraqlı tapıntı


 

2-ci Dünya Müharibəsindən qalma maraqlı tapıntı<b style="color:red"></b>

Rusiyalı xəzinə axtaranlar Kalininqrad yaxınlığında "xəzinə" tapıblar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar qazıntı zamanı torpaqda gizlədilmiş 3 dəmir barel aşkarlayıblar.

2-ci Dünya Müharibəsi zamanı basdırılmış "boçka"larda farfor, keramik əşyalar, şüşə qablar və digər məişət əşyaları gizlədilibmiş. Onların bəzilərində istehsal olunduqları zavodların adı və istehsal tarixi yazılıb.

Qeyd edək ki, əşyaların almanlara məxsus olduğu dəqiqdir. Güman ki, onlar 1945-ci ildə əvvəllər Kineqsberq adlandırılan Kalininqraddan çıxarkən əşyaları bu üsulla gizlədiblər.

L.Tağıyeva

 





14.05.2025    çap et  çap et