525.Az

İçində insanlar olan hava şarı göydə alovlandı


 

İçində insanlar olan hava şarı göydə alovlandı<b style="color:red"></b>

Meksikada içində insanlar olan hava şarı uçuş zamanı alovlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sakatekas ştatının Enrike Estrada əyalətində baş verib.

Festival zamanı havaya qalxan və içində 3 nəfər olan şar qəfildən alovlanıb. 1 nəfər sürətlə düşən şarda müvazinətini itirərək yerə çırpılıb və həyatını itirib. Digər 2 nəfər isə şarla birlikdə əkin sahəsinə düşüb. Hər ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə görə xəsarət alanların ölüm təhlükəsi yoxdur.

Qəza ilə bağlı cinayət işi qaldırılıb. Yerli KİV-nin məlumatına görə, təşkilatçılardan ikisi gizlənib. Onların axtarışına başlanılıb.

L.Tağıyeva

 





14.05.2025    çap et  çap et