525.Az

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək


 

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək<b style="color:red"></b>

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov FIFA-nın 75-ci Konqresində iştirak edəcəklər.

525.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Konqres bu gün Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək.

 





15.05.2025    çap et  çap et