525.Az

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb


 

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb<b style="color:red"></b>

Yanvar-aprel aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,32 faiz azdır.

525.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub.

 





15.05.2025    çap et  çap et