|
|
|
|
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 2025-ci il aprel ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 74 milyon manat təşkil edib.
525.az-a AMB-dan bildirilib ki, əmanətlərin 66,9 faizi milli, 33,1 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 18,3 faiz artıb