525.Az

Trampın ad günü ilə ABŞ ordusunun yubileyinə həsr olunmuş parada çəkiləcək xərc açıqlanıb


 

Trampın ad günü ilə ABŞ ordusunun yubileyinə həsr olunmuş parada çəkiləcək xərc açıqlanıb<b style="color:red"></b>

İyunun 14-də Vaşinqtonda ABŞ ordusunun 250 illiyi və Prezident Donald Trampın 79 yaşı münasibətilə böyük hərbi parad keçiriləcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, parada 25-45 milyon dollar vəsait ayrılacaq. Yekun məbləğ logistika və təhlükəsizliyin təmin edilməsi xərclərinə görə arta bilər.

Parada təxminən 6 600 hərbçi, 150 ədəd yerüstü texnika və 50 ədəd hava gəmisi cəlb olunacaq.

 





15.05.2025    çap et  çap et