525.Az

Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır


 

Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün çox aydın siqnal adlandırıb.

525.az “Report” a istinadən xəbər verir ki, o, bunu Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan əvvəl “Sky News”un müxbirinə bildirib.

"Mən buradayam. Düşünürəm ki, bu, çox aydın siqnaldır", - Zelenski Vladimir Putinə mesajının olub-olmaması barədə jurnalistin sualına cavab verib.

 





15.05.2025    çap et  çap et