525.Az

Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil


 

Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.

525.az “Report” a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada bildirib.

"Mən Putinlə görüşməyənə qədər heç nə baş verməyəcək", - o, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilməsi gözlənilən görüşünü şərh edərkən deyib.

 





15.05.2025    çap et  çap et