525.Az

Qazaxıstan səfiri Azərbaycan Mərkəzi Bankının sədri ilə görüşüb


 

Qazaxıstan səfiri Azərbaycan Mərkəzi Bankının sədri ilə görüşüb<b style="color:red"></b>

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel ölkənin Mərkəzi Bankının sədri Taleh Kazımovla  görüş keçirib.

525.az səfirliyə istinadən xəbər verir ki, Bayel Qazaxıstan-Azərbaycan münasibətlərinin, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Xüsusilə, Qazaxıstanın Milli Bankı, QR-nın Maliyyə Bazarlarını Tənzimləmə və İnkişaf Agentliyi və Astana Beynəlxalq Maliyyə Mərkəzi Azərbaycanın Mərkəzi Bankı ilə səmərəli münasibətlər qurublar.

Diplomat, həmçinin Taleh Kazımova 27 may 2025-ci il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurasının birinci iclasına dəvətnaməni təqdim edib.

Öz növbəsində, Azərbaycan Mərkəzi Bankının sədri bu tədbirdə iştirak edəcəyini təsdiqləyib və Şuranın yaradılması təşəbbüsünün Qazaxıstan tərəfindən irəli sürüldüyünü vurğulayıb.
O, həmçinin iki ölkənin mərkəzi bankları təcrübə mübadiləsi və beynəlxalq platformalarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.
Görüş zamanı Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsinin buraxılması mümkünlüyü müzakirə olunub.

Pərvanə Sultanova

 





15.05.2025    çap et  çap et