525.Az

Tramp üçün BƏƏ-də qeyri-adi qarşılanma


 

Tramp üçün BƏƏ-də <b style="color:red"> qeyri-adi qarşılanma</b>

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun üçüncü mərhələsi üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampı BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.

Qarşılanma mərasimində maraqlı anlar yaşanıb. Belə ki, Tramp saraya gələn kimi qadınlar Oman Sultanlığı və BƏƏ-nin ənənəvi ifaçılıq sənəti növü olan Əl-Əyyalə ifa ediblər.

Şounun videoları sosial mediaya damğa vurub. Görüntülər qısa zamanda sosial mediada minlərlə bəyənmə toplayıb.

İbrahim Cəfərov

 





15.05.2025    çap et  çap et