525.Az

Zooparka ildırım düşdü, 13 nəfər xəsarət aldı


 

Zooparka ildırım düşdü, 13 nəfər xəsarət aldı<b style="color:red"></b>

Fransanın Buş-dyu-Ron departamentində ildırım "Barbon" zooparkının ərazisinə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Hadisə dünən günorta baş verib. Xəsarət alanlardan 4-ü azyaşlıdır. "Salon-de-Provans" xəstəxanasına yerləşdirilən 29 yaşlı almaniyalı turist qadının vəziyyətinin kritik olduğu bildirilir.

Qeyd edək ki, ildırım zoopark ərazisində insanların gəzdiyi boş sahəyə düşdüyündən infrastruktur zədələnməyib, heyvanlar arasında isə tələfat olmayıb.

L.Tağıyeva

 





15.05.2025    çap et  çap et