525.Az

Melania Trampın heykəli oğurlandı


 

Melania Trampın heykəli oğurlandı<b style="color:red"></b>

Sloveniyada ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Trampın heykəli oğurlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi srağagün baş verib.

Naməlum şəxslər 2020-ci ildə Sevitse şəhərində bürüncdən hazırlanmış heykəli hissə-hissə doğrayaraq ərazidən uzaqlaşıblar. Yerli polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Melania Tramp 1970-ci ildə Sloveniyanın Novo Mesto şəhərində dünyaya gəlib. 

L.Tağıyeva

 





16.05.2025    çap et  çap et