525.Az

Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır


 

Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

525.az “Report”a istinadən xəbər verir ki,  o, Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bunu bəyan edib.

"Bildiyiniz kimi, ötən gün Ankarada idim. Buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirirəm. Mən istər İstanbulda, istərsə də Ankarada Prezident Vladimir Putinlə danışıqlara hazır idim. Bu münaqişəni tam şəkildə başa çatdırmağa hazır idim. Lakin hamınızın gördüyü kimi, bu baş vermədi, çünki Putin özü gəlmədi, yalnız nümayəndə heyəti göndərdi", - V.Zelenski bildirib.

 





16.05.2025    çap et  çap et