525.Az

Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib


 

Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib<b style="color:red"></b>

ABŞ İranla ticarətə açıqdır və kommersiya fəaliyyətini münaqişələrin həlli vasitəsi kimi nəzərdən keçirir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran nüvə sazişi ilə bağlı ABŞ-nin təklifinə operativ şəkildə cavab verməlidir.

"Mən aydın şəkildə bildirdim ki, onların düşünmək üçün demək olar ki, vaxtı qalmayıb. İran nüvə silahına malik olmamalıdır", - Tramp vurğulayıb.

 





16.05.2025    çap et  çap et