525.Az

İnternet (hekayə)


 

İnternet<b style="color:red"> (hekayə)</b>

Vahid MƏHƏRRƏMOV

Qızı İradə ali məktəbə qəbul olmadığından Əsurənin qanı yaman qaralmışdı. Müəllimlərə çəkdiyi xərc, ətək-ətək tökdüyü pullar kül kimi havaya sovrulmuşdu. Qızı deyirdi ki, guya imtahanda özünü pis hiss edib və buna görə, heç bildiklərini də yaza bilməyib. Bütün bunlar azmış kimi, İradə günlərin birində məsləhətsiz, filansız tanımadığı birisinin şirin dilinə aldanıb, qoşulub qaçdı. Hadisə gözlənilmədən baş verdi. Əsurə bir gün işdən qayıdanda mətbəxdəki stolun üstündə məktub gördü. Onu qızı yazmışdı. Həyəcanla məktubu oxudu. Əvvəlcə qorxdu, elə bildi ki, İradə məktəbə daxil ola bilmədiyinə görə yəqin özünü asıb. Asmazdan əvvəl isə başqaları kimi, o da anasına məktub yazıb. Sonra gördü ki, yox, qız sağ-salamatdır, özünü asmayıb. Məktubunda istədiyi bir oğlana ərə getdiyini yazmışdı. Əsurə məktubu oxuyub dəli oldu, başına hava gəldi. Hirslənib özündən çıxdı, saçlarını yoldu, ayaqlarını möhkəm-möhkəm yerə vurub, qışqırıb ağladı. Həmişə qızını tanıdığı yaxın adamlardan birinin oğluna vermək, ona yaxşıca toy etmək arzusu ilə yaşayırdı. Özü sevdiyinə getməyib bədbəxt olmuşdu. Bir neçə il sonra qucağında uşaq ata evinə qayıtmışdı. Ona görə istəyirdi ki, qızı onun taleyini yaşamasın, yaxşı birinə ərə getsin, xoşbəxt olsun. İndi İradə onun bütün planlarını altını üstünə çevirmişdi, arzularını puç etmişdi. Bir anlıq özündən çıxan Əsurə əsəbləri sakitləşəndən sonra tələsik qızına zəng vurdu. Onun nömrəsinə zəng çatmırdı. Əsurə bilmək istəyirdi ki, görsün onu qaçıran kimdir? Onsuz da, ta olan olmuşdu. Daha onu geri qaytarmaq mümkün deyildi. Neçə illər əzab-əziyyətlə böyütdüyü qızı İradə məsləhətsiz, xeyir-duasız qaçıb getmişdi.

Dəfələrlə ana-bala təklikdə oturub bu bərədə söhbət etmişdilər. Əsurə fikirləşirdi ki, qızının qanmaz vaxtıdır, tanımadığının birisinə qoşulub gedər, bədbəxt olar. Ona görə hər dəfə soruşurdu ki, qızım, bir istəyənin varmı? Kimə fikrin olsa, onu mənə də göstər. Ana məsləhəti pis olmaz. Mən də bir oğlana baxım, əl altdan maraqlanım, öyrənim görüm kimdir, nəçidir, kimlərdəndir? Ərə getməyə də tələsmə, çalış ali məktəbə qəbul ol, əlində bir sənətin olsun. Belə söhbətləri olanda həmişə qızı utana-utana “istəyənim yoxdur” – deyib başını aşağı salırdı. Deyirdi ki, ay, ana, ərə getmək nədir, mən mütləq oxuyacam. Yaxşıca hazırlaşıb gələn il ali məktəbə qəbul olacam, səni arzulara çatdıracam. Bütün bunları xatırlayan Əsurə dodaqlarının altında deyinməyə başladı; bəs nə oldu, bu köpək qızına, birdən-birə niyə fikrin dəyişdi? Kimə urcah oldu, kim onu yolundan çıxarıb toruna saldı? Əsurə yaxşı bilirdi ki, qızın dalınca gedib onu kiminsə əlindən almaq mümkün olan iş deyil. Bundan əlini üzmüşdü. İndi heç olmasa, qızla bir kəlmə danışmağa çalışırdı. Öyrənmək istəyirdi ki, görsün gələcək yeznəsi kimdir, hansı tərəfdəndir, nə işin yiyəsidir? İradənin nömrəsinə zəng çatmırdı ki, çatmırdı. O, fikirləşməyə başladı; gecənin bu vaxtında hara getsin, kimə dərdini desin, qardaş-bacılarına zəng vurub evə çağırsınmı? Qohum-qardaşlara hay salsınmı? Sonra ağlına gəldi ki, qızla kəlmə kəsməmiş, heç kəsə bir söz deməsin.

Əsurə xanım səhərə qədər çimir eləmədi. Eləcə, yerin içində o tərəf, bu tərəfə aşdı. Tezdən yerindən qalxan kimi yenə də İradəyə zəng vurdu. Ona zəng çatırdı, indi də telefonu götürmürdü. Nömrəni təkrar-təkrar yığandan sonra, handan-hana xəttin o başından qızının yuxulu səsi gəldi. Doğma balasının hənirtisini eşidən kimi Əsurənin ürəyi yerinə düşdü, gözləri işıqlandı. Elə bil uzun illərin ayrılığından sonra qızını yenidən tapmışdı. Onunla həyəcan dolu səslə danışdı:

– Ay qızım, bu nə məktubdu, yazmısan? İndi haradasan, hara getmisən, hara qaçmısan? Sən mənim bircə balamsan. Bəs belə ana-balalıq olar? Bəs mənsiz, mənə məsləhət etmədən kimə qoşulub getmisən, niyə qaçmısan? olmuşdu, niyə belə tələsdin? tez ərə getdin? Qoyeydin bir sümüklərin bərkiyeydi . Adam da anasına qarşı belə insafsız olar? Səni min əziyyətlə böyütmüşəm. Ana kimi xeyir-dua verər, yaxşı yol arzulayardım. Təzə qohumlar el adətiynən elçi gələr, nişan taxar, sonra da sənə yaxşı bir toy edərdim. Odur e, cehizlərı da hamısını alıb yığmışam ora. Yiyəsiz ha deyilik, əmin var, dayın var. Bəs camaat, el-oba buna deyəcək? Allah sənə nəhlət eləsin, hamının yanında başımı aşağı elədin. İndi deyəcəklər ki, Əsurə bir qızı da saxlayıb tərbiyə edə bilmədi. Bu oyundur durduğum yerdə başıma açdın? Belə fikrin var idi, bir mənə deyəydin, məsləhət eliyeydin. Bala, ərə getdiyin oğlan kimlərdəndir, hansı tərəfdəndir, necə insandır? Barı heç olmasa, tanış adamdır, yoxsa uzaqdır, yaddır? Varlı-hallıdırmı, yoxsa elə bizim kimi lütün birisidir?

Əsurə ürəyindəki olan bütün sualları qızına birnəfəsə verdi. İradə onun narahatçılığına son qoyub dedi:

Ay ana, narahat olma, getdiyim ev, düşdüyüm yer çox yaxşıdır. Oğlanın adı Namiqdir. Çox tərbiyəli, sözünün üstündə dayanan adamdır. Bir tərəfi , elə biz tərəflərdəndir, nəsli-nəcabətli adamlardır. Var-dövlətli insanlara oxşayırlar. Anası da elə səninlə yaşıd olar. Çox şirindilli, qanacaqlıdır. Məni mehriban qarşıladı, xoş dindirdi. Onlar yaxın vaxtlarda barışığa gələcəklər.

Oğlanın həm varlı-hallı, həm öz zonalarından olmasına Əsurə sevindi. Fikirləşdi ki, yenə hara dönsə el adamıdır. Qızının ətini yesə , sümüyünü çölə atmaz. İradə onu qədər arxayın etsə , Əsurə bir məsələdə nigaran qaldı. Fikirləşdi ki, görəsən qızı Namiqlə harada tanış olub? Onu çoxdanmı tanıyır, yoxsa təzə tanışıdır?Nigarançılığına son qoymaq üçün ondan soruşdu:

Qızım, bu oğlanı haradan tanıyırdın? Səninlə bir sinifdə oxuyub, yoxsa uzaq qohumlardandır? Tanışlığınız vaxtdandır?

 İradə anasını aldatmadı, hər şeyi olduğu kimi dedi:

Ana, mən Namiqlə on-on beş gün əvvəl internetdə tanış olmuşam. Elə çoxdan tanımıram.

Qızından bu sözləri eşidəndə elə bil onun başına qaynar su tökdülər. Əlini dizlərinə vurdu, saçlarını yoldu. Amma bunları elə sakitcə elədi ki, qızı hiss eləməsin. isə bu icdivacdan dalağı sancdı, ağlı bir şey kəsmədi. İndiyə qədər oğlanların internetdə qızlarla tanış olduqlarını aldatdıqlarını çox eşitimişdi. Bəlkə elə Namiq həmin oğlanlardan biridir. Bu da İradəni aldadıb yoldan çıxarıb. Sonra heç ailə qurmayıb atacaq onu. Bunları fikirləşəndən sonra Əsurə qızına dedi:

Bala, sən özünü bilə-bilə oda atmısan. Bu internet məsələsi məni heç açmadı. Allah bu internetdi, nədi onu çıxaranın başına daş salsın. Onu icad elədiyi yerdə qolları qırılaydı, gözləri çıxaydı. Heç adam on-on beş gün əvvəl tanıdığı bir adama da ərə gedər? Qızım, Allah səni xoşbəxt eləsin, xeyr versin. Amma isə bu mənim ürəyimi açmadı. Heç mən illərlə tanıdığım qohumuma, kəndçimə getdim, xoşbəxt olmadım. O ki qalmışdı internetdə təsadüfən tanış olduğunun birisi ola.

Əsurə bu qarğışları, acı sözləri interneti kəşf edənin ünvanına deyəndən sonra yadına düşdü ki, axı elə o da təzə sevgilisi Qəmbərlə internetdə tanış olmuşdu. Sonra da görüşmüş, bir-birilərindən xoşları gəlmiş, danışıqları baş tutmuşdu. Qəmbər Əsurəni hərtərəfli qane edirdi. Buna görə əvvəlki sevgilisini atıb ondan möhkəm yapışmışdı. İndi qızı İradə internetdə oğlanla tanış olub, qoşulub qaçmışdı. Bir növ anasının yolu ilə getmişdi. İndi qızını danlamağa heç onun mənəvi haqqı da yox idi. İradə bu barədə anası təzə tanışı Qəmbərlə söhbət edəndə eşitmişdi.

Qızı ilə danışandan sonra zəng vurub utana-utana bütün qohumlara onun qoşulub qaçdığını dedi. isə özü qızının ərə getdiyinə sevinmirdi, ürəyi açılmırdı. Doğrudan da, İradə dediyi kimi, on-on beş gündən sonra oğlan tərəfinin adamları barışığa gəldilər. Yaxşı da gəlmişdilər. Gətirdikləri pay-pürüşü qoymağa evdə yer tapmırdılar. Həmin gün Əsurə ağsaqqallarını, ağbirçəklərini çağırmışdı. Təzə qohumlar xeyli söhbət edib, yaxından tanış oldular. Danışıqları baş tutdu. Bu qohumluq hamının ürəyincə oldu. Namiqin anası Almaz xanım İradənin dediyi kimi yaxşı qadına oxşayırdı. Sifətindən nur yağırdı. Namiqin atası dörd il əvvəl dünyasını dəyişmişdi. Əsurə öyrəndi ki, gələcək kürəkəni neçə ildir Rusiyada yaşayıb, ticarətlə məşğul olub. İndi Bakıya qayıdır, biznesini burada qurmaq istəyir. Namiqin belə imkanlı olması xəbərinə Əsurə çox sevindi. Fiikrləşdi ki, özü həmişə kasıblıqdan əziyyət çəkib, qoy indi heç olmasa qızı imkanlıya ərə getsin, yaxşı gün görsün. Qohumlar məsləhətləşib toy gününü təyin etdilər.

Amma toy xeyli gec baş tutası oldu. Çünki bir neçə gündən sonra məhərrəmlik başlayırdı. Bu bir neçə günə isə oğlan, qız evi toya hazırlaşa bilməzdi. Qızı evdə olmadığından Əsurənin əl-qolu açılmışdı. Neçə illər dostluq etdiyi köhnə sevgilisi Zəfərin ağzını çoxdan boza vermişdi. Təzəcə tanış olduğu sevgilisicavan oğlan saqqallı Qəmbərlə tez-tez görüşürdü. Əsurə evdə tək olduğundan bəzən, hətta gecələr onunla qalırdı. Səhərə qədər bir yataqda olurdular. Qəmbər ona yaxşı əl tutur, kömək edirdi. Sevgilisini darda qoymurdu. Əsurə ürəyini ona geniş açmışdı. Qəmbərin hesabına qızının cehizlərini aldı. Onu xeyli xərcə saldı, amma qulluğunda da yaxşıca dayandı. Ayağını yuyur, dırnağını tutur, sonra onu əvvəlki sevgilisinin düzəltdiyi hamama salıb çimizdirirdi. Ürəyindən keçən arzu istəklərini yerinə yetirirdi.

Toya az qalırdı. Əsurə Qəmbəri məclisə dəvət etmişdi. Demişdi ki, gəlib qarışarsan oğlan evinin adamlarına, bizimkilər səni tanımayacaqlar ki? Əsurə toya qədər bir dəfə yeznəsigilə getdi. Onların ev-eşiklərinə söz ola bilməzdi. Deyəsən, qızının bəxti gətirmişdi, yaxşı yerə düşmüşdü. İradə ilə tez-tez telefon əlaqəsi saxlayan Əsurə bir gün eşitdiyi şad xəbərdən lap çox sevindi. Qızı hamilə idi, uşağa qalmışdı. Bu xəbər onun ürəyincə oldu. Toya bir həftə qalmış Namiq evdəkilərlə, İradə ilə sağollaşıb Rusiyaya getdi. Dedi ki, işlərini yekunlaşdırıb bir iki günə qayıdacaq. Gedəndən yalnız bircə dəfə zəng vurub İradə ilə danışdı. Sonra səs-soraq gəlmədi. Toyun vaxtı yaxınlaşsa da, Namiqdən xəbər çıxmırdı. İradə nömrəsini tez-tez yığsa da, ona zəng çatmırdı. Toy günü gəlib yetişdi, amma Namiq gəlmədi. Qohum-əqrabalar ayaq üstə idilər. Əsurə narahatçılıq içində xəbər gözləyirdi. Dəvətnamələr bir həftə əvvəldən paylanmışdı. Əsurə demək olar ki, gündə dörd-beş dəfə onun anasına, öz qızına zəng vurub Namiqi soruşurdu. Amma fayda, hələlik ürəkaçan bir xəbər yox idi. Toyu təxirə salmalı oldular. Bəysiz necə toy etmək olardı? Qərara aldılar ki, Namiqi gözləsinlər. vaxt zəng vurub desə, toyu da həmin günə təyin etsin.

Əsurə əsəbindən bilmirdi ki, neynəsin. Gücü, ancaq qızına çatırdı. Ona dişinin dibindən çıxanları deyirdi. Tanımadığı bir adama qoşulub qaçdığına görə gecə-gündüz onu danlayırdı. Hirslənəndə hələ söyürdü . İradə özü bu danlaqlardan təngə gəlmiş, bezmişdi.

Beş aydan çox idi ki, Namiqdən zəng gəlmirdi. İradə yalnız indi-indi düşünülməmiş addım atdığını anlayır, səhv etdiyini başa düşürdü. Bu da çox gec idi. Artıq qatar getmişdi. O da yanlış addım ataraq bu qatarın talesiz bir sərnişini olmuşdu. İradə hiss edirdi ki, bəxti üzünə gülməyəcək. Gələcək həyatı acılarla dolu olacaq. Namiq onu şirin dili ilə, yalançı vədləri ilə aldadıb, yoldan çıxartdı, həyatını məhv etdi. O, heç geri qayıdana da oxşamır. Bir neçə gün əvvəl həmişə sifətindən nur yağan anası Almaz xanım otağına gəlib dedi:

Bala, ta mənim evimdə Namiqi vaxtacan gözləyəcəksən? Çıx get ananın yanına. Oğlum gələndə toyunu edərik, səni evimizə gəlin gətirərik. Daha burda kimə görə oturacaqsan? Biz özümüzü güclə dolandırırıq. Oğlum səni qaçıranda çox sevindim. Dedim bəlkə sənə görə çıxıb o xaraba urusetə getməz, burda qalar. Evimizə yiyə durar, ailəsi olar. Neyniyim qədər dil töksəm , qalmadı, bizi atıb getdi. İndi zəng edir, pul göndərir. Özü onsuz da, avaranın biriydi, səni alıb bədbəxt elədi. Vallah bala, mən onun qayıtmağına inanmıram. Evinizə getsən yaxşıdır, bəlkə özünə bir gün ağlayarsan. Burda boş yerə oturub gözləməyə dəyməz.

İradə ona üzünü bozardıbNamiq gəlməyincən, mən heç yerə gedəsi deyiləm. Ya bu evdə mənim toyum olacaq, ya da buradan meyitim çıxacaq” – dedi. Almaz xanımözün bilərsən, ay bala, day mən sözümü dedim” – deyib çıxıb getdi.

Hamı İradədən qaçır, heç kim onunla danışmaq istəmirdi. Dünənə qədər toya hazırlaşan, gəlinləcandeyibcaneşidən Namiqin bacıları da indi onu eşitmir, saymırdılar. Sözünə cavab verməyə ərinirdilər. Yavaş-yavaş hamı bu evdə Əsurənin qızını burunlamağa başlamışdı. İradə dünənə qədər ona doğma olan yad adamların arasında sıxıla-sıxıla qalmışdı. Dişini dodaqlarına tutub onların qarşısında güclə duruş gətirirdi. Amma anasına bu evdə baş verənləri deyə bilmirdi. Namiqə qoşulub qaçmazdan əvvəl ondan məsləhət almadığına görə indi dili yaman gödək idi. Gecə-gündüz başına döyür, fikirdən, ah-nalədən yata bilmirdi.

Bir gün axşamtərəfi Almaz xanım əlində telefon tələsik onun otağına gəlib dedi:

Ay qız, İradə bala, al danış, oğlum zəng vurub. Mən dediyimə inanmırsan, al eşit, bu da Namiqin özü.

İradə Namiqdən zəng gəldiyinə çox sevindi, hələ qulaqlarına toy səsi gəldi. Özünü gəlin paltarında məclisin yuxarı başında oturan hiss etdi. Amma hər şey onun fikirləşdiyi kimi olmadı. Bu zəng İradənin bütün ümidlərini alt-üst etdi. Namiq çox soyuq, yad adamlar kimi danışdı. Heç elə bil tanış olanda onunla mehriban, xoş danışan, deyib, gülən oğlan bu deyildi. O, dedi:

İradə, mən neçə illərdir burada yaşayıram. Evim, ailəm var. Arvadım da rusdur. Bakıya bir neçə aylığa istirahət etməyə, mamagilə baş çəkməyə gəlmişdim. Səninlə tanış oldum, günlərimi yaxşı keçirdim. Bu tanışlığa peşiman deyiləm. Amma mənim səninlə ailə qurmaq, evlənmək fikrim yoxdur. İstədiyin vaxt çıxıb evinizə gedə bilərsən. Mamanı da çox incitmə. deyirsə, onu da eşit. Bir Bakıya vaxt gəlsəm, səni axtarıb taparam, yenə günlərimizi bir yerdə xoş keçirərik. İndi isə vaxtını boş keçirib, havayı yerə məni gözləmə.

Bu sözləri deyəndən sonra telefonu qapadı. İradə qədər çağırsa da, qışqırsa da xeyri olmadı. Namiq onun səsinə səs vermədi. Hər yerdən əli üzülən İradə bir həftədən sonra zəng vurub ağlaya-ağlaya bütün olanları anasına danışdı. Əsurə qızından bu sözləri eşidəndə havalandı, elə bil başına at təpdi. Tez işdən icazə alıb birbaş Namiqgilə gəldi. Həyət qapısını Almaz xanım açdı. Bayaq İradə zəng vurub anası ilə danışanda dediklərini eşitmişdi. Bilirdi ki, harda olsa, Əsurə qaça-qaça gələcək. Əsurə içəri girən kimi səsini başına atıb Namiqin anası ilə qışqıra-qışqıra danışdı. Həmişə üzü nurlu olan Almaz xanım da heç ondan geri qalmadı. Bütün qonşular da səs-küyə, hay-həşirə çölə çıxmışdılar. Ha qışqır-bağır salsa da, Əsurə Almaz xanıma heç edə bilmədi. Axırda həyasızlığını göstərib qadına yaraşmayan söyüşlər söyə-söyə, onun oğlu Namiqə pis-pis qarğışlar tökə-tökə qızının əlindən tutub onların qapısından çıxdı. İradə üzüqara, başıaşağı vəziyyətdə evlərinə qayıtdı. O, bu qapıya xoşbəxtliyi səadəti arxasınca, arzularına qovuşmağa gəlmişdi. Amma arzuları, istəkləri puç oldu, kiçik bir səhv həyatını, gələcəyini məhv etdi.

 Bir neçə gündən sonra Əsurə qızını öz həkiminin yanına apardı ki, uşağı götürsünlər. Müayinə aparan həkim dedi ki, vaxt çox keçdiyindən bu mümkün deyil. Əməliyyat qızının həyatı bahasına başa gələ bilər. Əsurə qədər pul təklif etsə , dil töksə həkim razılaşmadı. Bu təhlükəli işi öhdəsinə götürmədi. Ana-bala qanları qara evə döndülər. İndən sonra həyatı boyu İradə anası kimi olacaqdı. Övladını atasız böyüdəcək, acılarla dolu günlər yaşayacaqdı. Uşağın yaş kağızında heç atasının adı da yazılmayacaqdı. Vaxtsız, tələsik düşünülməmiş səhv bir addım İradəyə bədbəxtlik gətirdi. Bu bədbəxlik İradənin bütün sevincini əlindən aldı, əvəzində ona kədər, qəm verdi. Onun tay-tuşları indi ali məktəblərdə oxuyurdular. O isə bətnində təsadüfən internetdə tanış olduğu onbeş gündən sonra qoşulub qaçdığı Namiq adlı bir yaramazın uşağını gəzdirirdi. Məsləhətsiz atdığı bu addım İradənin əlindən hər şeyi almışdı. İndən sonra daha kiminlə ailə quracaq, belə erkən yaşlarında itirdiyi xoşbəxtliyini necə tapacaqdı? Uşaq doğulandan sonra dolanışıqları bir az da çətinləşəcəkdi. Hələlik İradə evlərinin yaxınlığındakı gözəllik salonunda, mağazada bir vaxtlar Namiqlə tanış olduğu internet klubda qulluqçu işləyirdi. Axşam-səhər buraları yığışdırır, günləlik beş-üç manat pul qazanırdı.

Günlərin birində Əsurənin təzə sevgilisi Qəmbər evdə heç kəsin olmadığından istifadə edib İradənin bütün cehizlərini, həmçinin əlinə keçən başqa yaxşı var idisə yığıb aparmışdı. Əsurə evə gələndə hər yeri dağılı, sökülü gördü. Ev bomboş qalmışdı. Qəmbər hər şeyi yığıb aparmışdı. Zalım oğlu, zalım oturmağa heç bir stol da saxlamamışdı. Balaca bir məktub da yazıb qoymuşdu: “Əsi, əgər məni polisə versən, özündən küs. Bu, sənə çox baha başa oturar. Apardığım əşyaların hamısı mənim pullarımla almısan. Bunlar mənim halalca malımdır. Sənin burada bir qəpiyin yoxdur. Məni çox axtarıb narahat eləmə”. Əsurə Qəmbərin yazdıqlarını oxuyanda gözlərinə inanmadı. Fikirləşdi ki, insanlar qədər etibarsız olurmuşlar. Başını əllərinin arasına alıb divara söykənib xeyli ağladı. Qızının başına gələnlər azımış kimi, bu da bir yandan ona dərd oldu. Əvvəlki sevgilisi Zəfəri unutduğuna, elə bir gözəl insanı yalançı bir gədəyə dəyişdiyinə görə peşiman oldu. Qəmbərə belə tez inandığına evini ona etibar etdiyinə görə özünü xeyli danladı. Qəmbərin mobil telefonu da yox idi. Bir dəfə uzaqdan işlədiyi şirkəti ona göstərmişdi. Söz vermişdi ki, səni bu şirkətdə işə düzəldəcəm, rahat geniş kabinetin, həmçinin fırlanan kreslon da olacaq.

Əsurə səhər tezdən vaxt itirmədən onu tapmaq, əşyalarını geri qaytarmaq üçün işlədiyi şirkətə yollandı. Amma burada Əsurəyə bildirdilər ki, şirkətdə belə bir adam işləmir. Əsurə bura qədər ayaq döysə , xeyri olmadı. Onu tapa bilmədi. Saqqallı Qəmbəri polisə verməyə qorxdu. Daha ondan əlini üzdü. Təzə sevgilisi onu məhv elədi. Puluna, malına aldanıb ona çox vaxt ayırdı. Başı Qəmbərə o qədər qarışdı ki, qızını da yaddan çıxartdı. Onunla az maraqlandı, qayğı, diqqət, nəvaziş göstərmədi. İradə evdə nəzarətsiz qalıb boş-boş gəzib dolandı. Bekarçılıqdan internet klublara getdi, tanımadığı gədənin biri ilə tanış oldu, sonra da şirin dilinə, yalan vədlərinə aldanıb ona qoşulub qaçdı. Həyatını, gələcəyini məhv etdi. Axırda inandığı, etibar etdiyi Qəmbər onu aldatdı. İndiyə qədər pullarına alınan əşyaları da, hələ üstəlik Əsurənin özünün cehizliyindən qalanlarını da yığıb apardı. Onu quru yurdda qoydu. Ondan Əsurəyi heç bir xeyir qalmadı.

Qızını Namiq, onu isə saqqallı Qəmbər aldatdıqdan sonra Əsurəgilin vəziyyətləri lap pisləşmişdi. Evlərində heç qalmamışdı. Dolanışıqları çətinləşmişdi. Əsurə bu işdə özünü günahkar hesab edirdi. Qızı da onun biganəliyinin, səhvinin qurbanı olmuşdu. İndi təzədən heç nəyi geri qaytarmaq mümkün deyildi.

İndi ana, bala internetə girib kimləsə tanış olmağa maraq göstərmirdi. Çünki onlar internetdən gördüklərini görmüşdülər.

 





22.11.2012    çap et  çap et