https://525.az/img/pics/medium/2025-06/357161_29m71ael88.jpg “Kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər”
https://525.az/img/pics/medium/2025-06/357159_wkbworegp0.jpg “525-ci qəzet”in 24 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-01/300449_m3viafs9vq.jpg Naxçıvan və İrəvanda dini-ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda - 4-cü yazı
https://525.az/img/pics/medium/2025-02/344915_nm4jggrus4.jpg Rəvayətlərə və tarixi gerçəklərə bələnmiş "Vartaşen" toponimi 
search
24 İyun 2025
23 İyun 2025

Bakıda klassik avtomobillərin sərgisi keçirilir

Bakıda klassik avtomobillərin sərgisi keçirilir

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.

525.az xəbər verir ki, Bakının Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.

Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.

Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.

Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.

Qeyd edək ki, mayın 18-də "Sürətin evolyusiyası" sürət avtomobillərinin və "Supercar"ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.