525.Az

Benzia Tunis çempionu ilə danışıqlar aparır


 

Benzia Tunis çempionu ilə danışıqlar aparır<b style="color:red"></b>

"Qarabağ"ın futbolçusu Yassin Benzia mövsümün sonunda klubunu tərk edə bilər. 

QOL.az Qətərin "AlkassTVSports" portalına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçiyə “Esperans” klubu maraq göstərir. 


Bildirilir ki, tərəflər artıq danışıqlara başlayıb. Tunis çempionu Benzianı klublararası dünya çempionatının startı ərəfəsində heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Yassin Benzianın "Qarabağ"la olan müqaviləsi hazırkı mövsümün sonuna qədərdir. 

 





17.05.2025    çap et  çap et