525.Az

Hindistanda yanğında 17 nəfər ölüb, yarısı uşaqdır


 

Hindistanda yanğında 17 nəfər ölüb, yarısı uşaqdır<b style="color:red"></b>

Hindistanın Heydərabad şəhərində baş vermiş yanğında 17 nəfər ölüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ANI yerli iqtidara istinadən bildirib.

Yanğın Departamentinin nümayəndəsi açıqlayıb ki, yanğın yerinə ilkin baxış güclü yanğının səbəbinin qısa qapanma olduğunu göstərib.

“Bütün 17 nəfərin ölüm səbəbi tüstüdən zəhərlənmə olub, heç kəsdə yanıq olmayıb”, – Telanqana Təbii Fəlakətlərə Reaksiya və Yanğın Mühafizəsi Xidmətinin baş direktoru Naqi Reddi deyib.

Telanqana Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilmiş siyahıda 10 yaşadək səkkiz uşağın adı var.

 





18.05.2025    çap et  çap et