525.Az

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib


 

ABŞ reytinqini aşağı salan “Moody' width=234 hspace=5 vspace=5 border=1 align=left />

ABŞ-nin maliyyə naziri Skott Bessent bu həftə Birləşmiş Ştatların reytinqini aşağı salan “Moody's” agentliyinə etibar etmədiyini söyləyib.

525.az “Report” a istinadən xəbər verir ki, nazir CNN telekanalına müsahibəsində bununla bağlı fikrini bildirib.

"ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə tarixi səfərindən qayıtması zəruridir və ABŞ-yə trilyonlarla dollar gəlir. Biz investorların inamını görürük, ona görə də “Moody's”yə inamım azdır", - o deyib.

Daha əvvəl “Moody's” agentliyi ABŞ-nin dövlət borcunun artımını əsas gətirərək ölkənin reytinqini sabit proqnozla AAA-dan AA1-ə endirib.

 





18.05.2025    çap et  çap et