525.Az

Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı


 

Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı<b style="color:red"></b>

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin həyatı insanlar üçün  həmişə maraqlı olub. Ədəbiyyat xadimlərimiz də oxucuların bu  istəyini həmişə nəzərə alıblar.

525.az olaylar.az-a istinadən xəbər  verir ki, görkəmli yazıçı, onlarla  tarixi romanın müəllifi Yunus Oğuzun dünya fatehlərindən biri olan  Çingiz xan haqqında romanı Türkiyə  türkcəsində çapdan çıxıb. Müəllif  tarixin hər dönəmində həm tarixə, həm də ədəbiyyata sirlərlə gizlənmiş  bir şəxs olan Çingiz xanın yaşam  yolunu türk oxuculara çatdırır. "Çingiz xan" (Cengiz han) romanında müəllif hökmdarın portretini savaşçı, dövlət qurucusu, hər nə qədər öldürsə də, yaşatmağı və  qurmağı sevən biri kimi çızır.  Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində çapdan  çıxıb.

 





19.05.2025    çap et  çap et