525.Az

Çin lideri 15-ci beşillik planla bağlı tapşırıqlar verib


 

Çin lideri 15-ci beşillik planla bağlı tapşırıqlar verib<b style="color:red"></b>

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ölkənin növbəti beşillik iqtisadi və sosial inkişaf planının yüksək keyfiyyətli formalaşdırılmasını təmin etmək üçün qərarların qəbulunda elmi, demokratik və qanuna əsaslanan yanaşmaya riayət etməyin zəruriliyini vurğulayıb.

525.az xəbər verir ki, bu barədə ÇXR lideri 15-ci beşillik planın (2026-2030) hazırlanması üzrə işlərə dair göstərişlər verərkən deyib.

Onun sözlərinə görə, beşillik planların elmi əsaslarla tərtib edilməsi və ardıcıl icrası Çin Komunist Partiyasının (ÇKP) dövlət idarəçiliyi sahəsində mühüm təcrübəsidir. 15-ci beşillik planın formalaşdırılması və həyata keçirilməsi ÇKP-nin 20-ci Milli Qurultayında qəbul edilmiş strateji planların hərtərəfli həyata keçirilməsi və Çinin modernləşdirilməsinin irəliləməsi üçün böyük əhəmiyyət kəsb edir. Cənab Si vurğulayıb ki, yüksək səviyyəli planlaşdırma ilə ictimai rəyi cəlb etmək və geniş konsensusa nail olmaq üçün araşdırma və müzakirələri intensivləşdirmək vacibdir.

2026-cı ildən Çin sosial və iqtisadi inkişafın 15-ci beşillik planını həyata keçirməyə başlayacaq. Hazırda ÇKP MK bu plan üzrə tövsiyələrin hazırlanması işini təşkil edir və yaxın gələcəkdə kadrların, vətəndaşların, eləcə də ekspert və alimlərin rəy və təkliflərinin dinlənilməsi üçün müvafiq strukturlar tərəfindən müxtəlif formalarda sorğular veriləcək.

Pərvanə Sultanova

 





19.05.2025    çap et  çap et