525.Az

Liviyanın Prezident Şurası və BMT missiyası atəşkəs komitəsi yaradıb


 

Liviyanın Prezident Şurası və BMT missiyası atəşkəs komitəsi yaradıb<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya Dəstək Missiyası (UNSMIL) və Liviya Prezident Şurası daimi atəşkəsə nail olmaq üçün atəşkəs komitəsi yaradıblar.

525.az xəbər verir ki, bu barədə UNSMIL-in mətbuat xidməti məlumat yayıb.

"Liviya Silahlı Qüvvələrinin Ali Baş Komandanının roluna uyğun olaraq, Prezident Şurası UNSMIL ilə birlikdə əldə edilmiş kövrək sülhə əsaslanaraq atəşkəs komitəsi yaradıb. Mayın 18-də ilk dəfə toplanan komitə mülki əhalinin qorunmasına və Tripoli üçün təhlükəsizlik tənzimləmələrinin razılaşdırılmasına xüsusi diqqət yetirməklə, daimi atəşkəsə nail olunmasına diqqət yetirəcək”, - açıqlamada vurğulanıb.

Komitəyə Liviya ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Əl-Həddad rəhbərlik edirdi.

UNSMIL, həmçinin BMT Təhlükəsizlik Şurasının mülki əhalinin itkiləri ilə bağlı məlumatlardan narahatlığını vurğulayıb, dərhal və daimi atəşkəsə çağırıb:

“Bu cür hücumlara, atəşkəs rejiminə, beynəlxalq humanitar və insan haqlarına riayət edilməməsinə görə məsuliyyət daşıyanlar cavabdeh olmalıdırlar”.

Daha əvvəl UNSMIL mayın 13-dən 14-nə keçən gecə baş verən toqquşmalardan sonra Tripolinin ərazilərində zorakılığın artması ilə bağlı narahatlığını bildirib.

Pərvanə Sultanova

 





19.05.2025    çap et  çap et