525.Az

Bakı Ali Neft Məktəbi ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb


 

Bakı Ali Neft Məktəbi ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BANM-dən 525.az-a bildirilib ki, rektor Elmar Qasımov imzalanma mərasimində memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş icraçı direktoru Hüseyin Topuz əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş texnologiya direktoru Ərdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-in əməkdaşları iştirak ediblər.

Sevinc Qarayeva 

 





19.05.2025    çap et  çap et