525.Az

Kloze Mahirin ayrılıq qərarından danışdı


 

Kloze Mahirin ayrılıq qərarından danışdı<b style="color:red"></b>

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəlməyi haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis "Bild"ə açıqlamasında Mahiri komandada saxlamaq şanslarının olmadığını deyib: 

“Biz bundan geri dönməyəcəyik. Qərar çoxdan verilib. Mahirin böyük klublarda oynadığını, yüksək liqalarda hansı pulları qazandığını bilirik. Buna baxmayaraq, o, mənimlə işləməkdən çox xoşbəxt olacağı üçün yanıma gəlmək istədiyini söyləmişdi. Amma nə qədər çalışsa da, zəhmət çəksə də, səmimi olmalıyıq, yəqin ki, onu saxlamaq şansımız yox idi. Ancaq bu, bizim aramızda olan münasibəti pozmur”.

Mahir özü də arılıq haqda danışarkən Nürnberq üçün darıxacağını deyib: "Tək mən yox, ailəm də şəhəri, stadionu, atmosferi, azarkeşləri çox sevdi. Hamımız Nürnberq üçün darıxacağıq".

 





19.05.2025    çap et  çap et