Polşanın baş naziri Donald Tusk ötən il paytaxt Varşavada "Marywilska 44" ticarət mərkəzində baş verən yanğının Rusiya kəşfiyyat orqanlarının təşkil etdiyi "yandırma" olduğunu iddia edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk X sosial media platformasındakı paylaşımında ötən il paytaxtın Bialoleka rayonundakı ticarət mərkəzində baş verən yanğından bəhs edib.
“Biz əminik ki, Marywilska 44 ticarət mərkəzində baş verən yanğın Rusiya kəşfiyyat bölmələrinin təşkil etdiyi yanğındır” ifadəsindən istifadə edən Tusk hadisə ilə bağlı bəzi cinayətkarların saxlanıldığını qeyd edib.
Tusk hadisə ilə əlaqəsi olduğu düşünülən digər cinayətkarların şəxsiyyətlərinin müəyyən edildiyini və onların tutulması üçün işlərin davam etdiyini bildirib.
Malik Atilay
çap et