525.Az

Tripolidə iki gün davam edən qarşıdurmalarda 70 nəfər yaralanıb.


 

Tripolidə iki gün davam edən qarşıdurmalarda 70 nəfər yaralanıb.<b style="color:red"></b>

Liviyanın paytaxtı Tripolidə iki gündür davam edən qarşıdurmalarda 6 nəfərin öldüyü, 70 nəfərin yaralandığı açıqlanıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, Tripoli Bələdiyyəsinin Səhiyyə Məsələləri üzrə Mütəxəssisi Muhammed Abdulvahab Liviya xəbər agentliyinə müsahibəsində Tripolidə 2 gündür davam edən qarşıdurmalarda ölən və yaralananlar haqqında məlumat verib.

Biri xarici ölkə vətəndaşı olan 6 nəfərin öldüyünü deyən Abdulvahab həyatını itirənlərdən 5-nin silahlı qruplaşma üzvü olduğunu qeyd edib.

Malik Atilay 

 





14.05.2025    çap et  çap et