525.Az

Finlandiyada iki helikopter toqquşub, 5 nəfər ölüb


 

Finlandiyada iki helikopter toqquşub, 5 nəfər ölüb<b style="color:red"></b>

Finlandiyanın Eura bölgəsində iki helikopterin toqquşması nəticəsində 5 nəfər ölüb.

525.az xarici mediaya əsasən xəbər verir ki, Estoniyanın paytaxtı Tallinndən Finlandiyanın Kokemaki şəhərinə uçan iki helikopter toqquşub.

Finlandiyanın Eura bölgəsində yerli vaxtla saat 12:30 radələrində qəzaya uğrayan iki helikopterdə olan cəmi 5 nəfər həyatını itirib.

Zəng üzərinə hadisə yerinə gələn yanğınsöndürənlər və polis qrupları helikopterlərin qalıqlarına çatıb.

Polis helikopterlərdən birində iki, digərində isə üç nəfərin olduğunu bildirib. Səlahiyyətlilər pilotların şəxsiyyətinin məlum olduğunu, lakin sərnişinlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.

Estoniya mətbuatının Pori Aviasiya Klubuna istinadən verdiyi məlumata görə, qurbanlar 20 təyyarənin iştirak etdiyi tədbir üçün Finlandiyanın Piikajarvi hava limanına yollanıblar.

Malik Atilay 

 





19.05.2025    çap et  çap et