525.Az

Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq


 

Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bəyan edib ki, Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

525.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – Tramp qeyd edib. (APA)

 





19.05.2025    çap et  çap et