525.Az

Azərbaycanın xarici ticarət dövriyyəsi 24%-dən çox artıb


 

Azərbaycanın xarici ticarət dövriyyəsi 24%-dən çox artıb<b style="color:red"></b>

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 24.1% çoxdur.

525.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 7,5% artaraq 8 milyard 784.7 milyon ABŞ dolları, idxal isə 48.8% artaraq 8 milyard 132.9 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.2 dəfə az olub.

 





20.05.2025    çap et  çap et