Türk Dövlətləri Təşkilatının Qeyri-Rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olub.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, bu estafet Macarıstana ötürülüb və ikinci belə görüş sabah Budapeştdə keçiriləcək.
Azərbaycan Prezidenti Macarıstanı nadir müstəqil siyasət yeridən ölkələrdən biri kimi də təbrik edib:
“Avropa İttifaqı daxilində ola-ola bu siyasəti aparmaq böyük qəhrəmanlıq və düşünülmüş siyasət tələb edir ki, bunlar da Macarıstanda var”.