Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.
Sevinc Qarayeva