525.Az

Rusiya İstintaq Komitəsi: "Crocus"da terror aktı nəticəsində 75 milyon dollar ziyan dəyib


 

Rusiya İstintaq Komitəsi: "Crocus"da terror aktı nəticəsində 75 milyon dollar ziyan dəyib<b style="color:red"></b>

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da törədilən terror aktı nəticəsində dəymiş ziyan 6 milyard Rusiya rublu (cari məzənnə ilə təxminən 75 milyon dollar) məbləğində qiymətləndirilir.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.

"Crocus"a terror hücumu nəticəsində dəymiş ümumi ziyan təxminən 6 milyard rubl təşkil edib", - İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin XIII Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışında bildirib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Krasnoqorskdakı "Crocus City Hall"da "Piknik" rok qrupunun konsertindən əvvəl bir neçə şəxs ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Nəticədə 140-dan çox insan həlak olub. 1700 nəfər zərərçəkmiş qismində tanınıb.

 





20.05.2025    çap et  çap et