525.Az

Zaxarova Ermənistanda Rusiya əleyhinə plakata görə ABŞ səfirliyini ittiham edib


 

Zaxarova Ermənistanda Rusiya əleyhinə plakata görə ABŞ səfirliyini ittiham edib<b style="color:red"></b>

Rusiya İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfəri ərəfəsində Ermənistan paytaxtındakı Kiyev körpüsündən Rusiya əleyhinə plakatın asılmasına münasibət bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə məlum aksiya ilə bağlı ABŞ səfirliyini ittiham edib.

O xatırladıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2 minə yaxın adam işləyir. "Görünür, bəzilərinin USAID xətti ilə köçürülən pulları hələ tükənməyib, ona görə də bu cür layihələrə xərcləyirlər.

ABŞ səfirliyində başa düşməyiblər ki, Rusiya-Ermənistan münasibətlərini pozmaqla deyil, Rusiya-Amerika münasibətlərini gücləndirməklə məşğul olmaq lazımdır".

 





20.05.2025    çap et  çap et