525.Az

İsrail millisinin futbolçusu dünyasını dəyişdi 


 

İsrail millisinin futbolçusu dünyasını dəyişdi <b style="color:red"></b>

İsrail millisinin 31 yaşlı üzvü Qadi Kinda dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə səbəb onkoloji xəstəlik olub.

Makkabi "Hayfa"sının yarımmüdafiəçisi sonuncu dəfə martın 29-da "Hapoel"lə oyunda meydana çıxıb. Daha sonra müalicə alan Kinda mayın əvvəlində ağır vəziyyətdə Hayfa xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edək ki, Qadi Kinda Efiopiyada anadan olub. 3 yaşında ikən ailəsi ilə İsrailə köçüb. Millinin heyətində 10 oyunda iştirak edib, 2 qol vurub.

L.Tağıyeva

 





20.05.2025    çap et  çap et