525.Az

"Araz-Naxçıvan"ın qapıçısı Polşa və İtaliyaya qarşı görüşlərə çağırıldı


 

"Araz-Naxçıvan"ın qapıçısı Polşa və İtaliyaya qarşı görüşlərə çağırıldı<b style="color:red"></b>

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə çağırılıb. 

QOL.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

O, baş məşqçi Sergey Kleşenkonun 27 oyunçudan ibarət komandasına dəvət edilib. Avram iyunun 6-da keçiriləcək Polşa ilə yoldaşlıq görüşündə və DÇ-2026-nın seçmə mərhələsində, 9 iyun tarixində baş tutacaq İtaliya ilə matçda oynamaq şansı qazana bilər.

Qeyd edək ki, Kristian Avram "Araz-Naxçıvan"a ötən mövsümün əvvəlində "Petrokub" klubundan transfer olunub. Onun komanda ilə hazırkı müqaviləsi iyun ayının sonuna qədərdir. 

 





20.05.2025    çap et  çap et