525.Az

Narkotik daşıyan pişik


 

Narkotik daşıyan pişik<b style="color:red"></b>

Kosta-Rikada həbsxana işçiləri ərazidə gəzişən pişiyi ələ keçiriblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar pişiyin belinə bağlanmış bükülüdə 200 qram marixuana, 70 qram heroin aşkarlayıblar.

Baş verənləri videoya çəkən işçilər sonradan onu sosial şəbəkələrdə paylaşıblar ki, bu da pişiyi qısa müddətdə məhşurlaşdırıb.

Narkotik vasitələri pişik vasitəsilə həbsxana ərazisinə kimin keçirməsi bilinmir. Ədliyyə əməkdaşları bununla bağlı araşdırmaya başlayıblar. 

O ki qaldı pişiyin aqibətinə, heyvan veterinar klinikaların birinə təhvil verilib.

L.Tağıyeva

 





20.05.2025    çap et  çap et