Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.
525.az xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək.
A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.
Bu görüşdən əvvəl turnirin açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanın Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki çıxış edəcəklər.
A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya üz-üzə gələcək.
DÇ-2025
I tur
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
çap et