525.Az

Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayır


 

Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayır<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp bildirib ki, bir gün prezidentliyə namizədliyini irəli sürə bilər.

Bu barədə 525.az  “Report” a istinadən xəbər verir.

Qətərdə panel sessiyalarından birində çıxışı zamanı 47 yaşlı Trampdan atası vəzifəsini tərk etdikdən sonra "estafeti götürüb-götürməyəcəyi" barədə soruşublar.

"Cavab belədir: bilmirəm, bəlkə bir gün. Mən həmişə bu işlərin çox fəal tərəfdarı olacağam. Düşünürəm ki, atam doğrudan da Respublikaçılar Partiyasını dəyişib", - o bildirib.

Kiçik Tramp “1789 Capital” investisiya şirkətinin tərəfdaşıdır. O, həmçinin eyni tədbirdə bildirib ki, icraçı vitse-prezident vəzifəsini tutduğu “Trump Organization”ın dövlət qurumları ilə biznes əlaqələri yoxdur.

 





21.05.2025    çap et  çap et